• 25 Fevral 2025 15:53

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya qarşı müharibəsinin üçüncü ildönümü ilə bağlı iki qətnamə qəbul edib

ByTürkan Şahverdova

Fev 25, 2025
Another advertisement

BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı müharibəsinin üçüncü ildönümü ilə bağlı iki qətnamə qəbul edib.

Əvvəlcə Assambleya üzvləri Ukraynanın təqdim etdiyi, Rusiyanın təcavüzünü qəti şəkildə pisləyən və Moskvanı qoşunlarını Ukrayna ərazilərindən çıxarmağa çağıran qətnamə layihəsinə səs veriblər.

Bu qətnamə layihəsini 93 ölkə dəstəkləyib, 18 ölkə əleyhinə olub , 65 ölkə isə bitərəf qalıb.

Avropa İttifaqı Ukraynanın bu qətnaməsinin həmmüəllifi olub. ABŞ bunu dəstəkləməyib, Rusiya, İsrail, Macarıstan və Belarus da layihənin əleyhinə səs verib. Gürcüstan səsvermədə iştirak etməyib.

BMT Baş Assambleyası ABŞ-ın müəllifliyi ilə təqdim edilmiş “Sülhə gedən yol” adlı qətnaməyə də səs verib. Sənədi 93 ölkə dəstəkləyib. 8 ölkə əleyhinə səs verib, 73 ölkə bitərəf qalıb. Bu halda əleyhinə olantərəf Rusiya, Belarus, Nikaraqua, Sudan və başqaları olub. Ukrayna özü səsvermədə bitərəf qalıb. Gürcüstan da bitərəf qalanlardan olub.