Another advertisement
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibənin üçüncü ildönümündə deyib ki, gələn ili müharibənin deyil, sülhün ildönümü kimi qeyd etmək hamımızın öhdəliyidir.
“Ədalətli və davamlı sülhə gedən yol hər iki tərəfin bərabər və ədalətli təmsil olunduğu bir tənliklə açıla bilər. Gələn ili müharibənin deyil, sülhün ildönümünə çevirmək üçün hamımızın üzərinə mühüm məsuliyyət düşür. Biz ədalətli və davamlı sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyik”, – deyə Ərdoğan bildirib.