• 24 Fevral 2025 15:52

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İsveç Ukraynaya 113 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri tədarük edəcək

ByTürkan Şahverdova

Fev 24, 2025
Another advertisement

İsveç hökuməti 1,2 milyard kron (təxminən 113 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcəyini açıqlayıb.

Ukrayna mətbuatı xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson, baş nazirin müavini, energetika, biznes və sənaye naziri Eba Buş, təhsil naziri Yohan Persson bildiriblər.

Onların bəyanatına görə, Stokholm Robot 70 və Tridon Mk2 sistemlərini Kiyevə təhvil verəcəklər.

“Ukraynaya dəstək ilə biz öz təhlükəsizliyimizi gücləndiririk”, – İsveçin yüksək səviyyəli rəsmiləri deyir.