Another advertisement
23 fevral gürcü kursantların anım günüdür. Parlament Sarayının həyətində 1921-ci ildə rus ordusuna qarşı döyüşdə həlak olan döyüşçülərin xatirəsinə ehtiram əlaməti olaraq parlamentin sədri və dəvət olunmuş qonaqlar Kursantlar Memorialının önünə əklil qoyacaqlar.
103 il əvvəl Kojori və Tabaxmelada Rusiyanın 11-ci ordusu ilə qeyri-bərabər mübarizə zamanı gürcü kursantların fədakarlığı Gürcüstan tarixində müstəqillik və azadlıq mübarizəsinin ən parlaq nümunələrindən birinə çevrildi.
Biz də öz növbəmizdə həlak olanlara Allahdan rəhmət diləyirik!