• 23 Fevral 2025 21:55

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Almaniyada parlament seçkiləri keçirilir

ByTürkan Şahverdova

Fev 23, 2025
Another advertisement

Bu gün Almaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Tbilisi vaxtı ilə 11:00) açılacaq və 18:00-da (Tbilisi vaxtı ilə 21:00) bağlanacaq.

Məlumatı BBC yayıb.

Nəşrin yazdığına görə, ictimai rəy sorğularında mühafizəkar “Xristian Demokrat İttifaqı” (CDU) 30 faiz dəstəyi ilə liderdir və müvafiq olaraq, partiya seçkilərdə qalib gəlsə, onun lideri Fridrix Merz ölkənin kansleri olacaq.

Seçkiqabağı sorğulara görə, ifrat sağçı “Almaniya üçün Alternativ” (AFD) 20% dəstəklə ikinci yerdədir. Üçüncü yerdə hazırkı kansler Olaf Şolzun partiyası, “Almaniya Sosial Demokrat” Partiyasıdır.

Təxminən 59,2 milyon alman səsvermə hüququna malikdir. “Exit-poll”un nəticələri seçki məntəqələri bağlandıqdan dərhal sonra açıqlanacaq. Daha sonra ilkin nəticələr açıqlanacaq. Xatırladaq ki, Almaniyada parlament seçkiləri ötən ilin noyabrında Olaf Şolzun üç partiyalı hakim koalisiyasının dağılmasından sonra təyin edilmişdi.

Bununla belə, Mertsin “Xristian Demokratlar” Partiyası seçkilərdə qalib gəlsələr belə, hökumət qurmaq üçün ən azı bir başqa partiya ilə ittifaq yaratmalı olacaqlar.