• 23 Fevral 2025 03:06

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Gürcüstan basketbol komandası Danimarkanı məğlub edərək Avropa çempionatına vəsiqə qazanıb

ByTürkan Şahverdova

Fev 22, 2025
Another advertisement

Gürcüstanın basketbol komandası Danimarkanı 62:60 hesabı ilə məğlub edərək Avropa çempionatına vəsiqə qazanıb. Tbilisi Arenada “EuroBasket 2025”-in seçmə mərhələsinin sondan əvvəlki mərhələsinin oyunu keçirilib. Gürcüstan basketbol komandası “EuroBasket” seçmə mərhələsinin son turunu fevralın 24-də Serbiya millisi ilə keçirəcək.

“EuroBasket 2025” dörd ölkədə keçiriləcək: Finlandiya, Kipr, Polşa və Latviyada, yarışın final mərhələsinin püşkatma mərasimi martın 27-də Riqada keçiriləcək.

Gürcüstan millisi ardıcıl altıncı dəfə “EuroBasket”-də çıxış edəcək.