• 22 Fevral 2025 18:06

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Yeni koronavirus növü tapıldı: yoluxuculuğu yüksəkdir

ByTürkan Şahverdova

Fev 21, 2025
Another advertisement

Çinli alimlər HKU5-CoV-2 adlı yeni koronavirus növü aşkar ediblər. Ştamm yapon cırtdan yarasasından tapılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə “South China Morninq Post”qəzeti məlumat yayıb.

Bildirilib ki, yeni virus yüksək yoluxuculuğa malikdir və insanlara birbaşa və ya aralıq daşıyıcılar vasitəsilə keçə bilər.Virus güclü öskürək və pnevmoniya kimi ağırlaşmalarla müşayiət olunan Yaxın Şərq respirator sindromuna səbəb olur. Bu, COVİD-19-un törətdiyi xəstəliyə bənzəyir.

Viroloqların sözlərinə görə, hələlik yeni pandemiya riski yoxdur, lakin bunu dəqiq müəyyən etmək üçün daha ətraflı tədqiqat aparmaq lazımdır.