• 23 Fevral 2025 01:07

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

DİN- 8 xarici ölkə vətəndaşı qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhddə ittiham olunaraq saxlanılıb

ByTürkan Şahverdova

Fev 21, 2025
Another advertisement

Batumi Diviziyasının müxtəlif sərhəd bölmələrində həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları tərəfindən qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək və qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etməkdə təqsirli bilinən 8 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb.

Cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslərin ikisi sərhəd-keçid məntəqəsindən yan keçməklə Türkiyədən Gürcüstana keçməyə cəhd ediblər.

Təqsirləndirilən digər şəxlər isə sərhəd-keçid məntəqəsindən yan keçməklə qrup halında Gürcüstandan Türkiyə Respublikasına keçməyə cəhd ediblər.

“Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi və Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə istintaq aparılır”, – məlumatda deyilir.