İsrailin Bat Yam və Holon şəhərlərində 3 avtobus dayanacaqda partlayıb.
The Times of Israel xəbər verir ki, partlayış zamanı avtobuslarda heç kim olmayıb.
Nəşrin məlumatına görə, polis hadisənin şübhəli terror aktı olduğunu bildirib. Məlumata görə, partlayışlar nəticəsində xəsarət alan olmayıb. Polis yaxınlıqdakı avtobuslarda daha iki partlayıcı qurğunu zərərsizləşdirdiklərini bildirib. KİV-in məlumatına görə, bu qurğular Holonda aşkar edilib və hər birində 5 kiloqram partlayıcı maddə olub. Polis şübhəlilərin axtarıldığını bildirir.
Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, baş nazir vəziyyətlə bağlı mütəmadi olaraq yeniliklər alır və İsrail Müdafiə Qüvvələrinə “İordan çayının qərb sahilində terror qruplaşmasına qarşı geniş əməliyyat keçirməyi” əmr edib.