• 22 Fevral 2025 12:40

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Kiril Budanov – Düşünürəm ki, bu il atəşkəsə nail olacağıq

ByTürkan Şahverdova

Fev 20, 2025
Another advertisement

“Düşünürəm ki, bu il atəşkəsə nail olacağıq, amma bunun nə qədər davam edəcəyi və nə dərəcədə effektiv olacağı başqa məsələdir”.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

“Mənim fikrimlə maraqlanırsınız?

Bu, paradoksal bir vəziyyətdir: tərəflərin ilkin mövqelərinin diametrik olaraq fərqli olmasına baxmayaraq (mümkün qədər), mən hələ də bu il atəşkəsə nail olacağımızı düşünürəm. Bunun nə qədər davam edəcəyi və nə dərəcədə təsirli olacağı başqa məsələdir. Amma düşünürəm ki, bu baş verəcək.Bunun üçün komponentlərin çoxu var”,- Budanov deyib.

Sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyü barədə danışan Budanov bunun təhlükəsizliyin təminatı ola biləcəyinə şübhə edib, çünki onun fikrincə, dünyada sülhməramlıların yerləşdirilməsinin işlədiyi bir ölkə yoxdur.