ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında “Qrenlandiyanı qorumalıyıq” deyib.
“Qrenlandiya ilə bağlı bir şey etməliyik. Biz Qrenlandiyanı qorumalıyıq. Bu, bizə milli və beynəlxalq təhlükəsizlik üçün lazımdır”, – Donald Tramp bildirib.
Bundan əlavə, o, ABŞ-ın paytaxtı Vaşinqtonun ölkənin federal hökuməti tərəfindən idarə edilməli olduğunu qeyd edib.
“Düşünürəm ki, biz Vaşinqtona nəzarəti ələ keçirməli və onu daha təhlükəsiz etməliyik. Biz Kolumbiya dairəsini qanun və qayda ilə idarə etməliyik”, – ABŞ prezidenti vurğulayıb.
Donald Tramp qeyd edib ki, Vaşinqtonda cinayət nisbəti çox yüksəkdir.
“Çəmənliklərdə çox sayda cinayətlər, çadırlar var. Evsiz insanlar həddindən artıq çoxdur. Evsizlərin qayğısına qalmalıyıq”,- Donald Tramp bildirib.