This is a specific ad

Xaricdə yaşayan Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turunda səs verib

56

Another advertisement

Xaricdə yaşayan 683 mindən çox Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunun ilk günündə səs verib.

QafqazTürk.com xəbər verir ki, bu barədə bazar günü ölkənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.

Məlumata görə, sərhəd-keçid məntəqələrində səs verən 34 min nəfərlə birlikdə 2014-cü ildən başlayaraq xaricdəki seçki məntəqələri üzrə səsvermədə iştirak rekordu qırılıb.

Ümumilikdə, mayın 21-i günorta saatlarınadək YSK 717 min seçicini qeydə alıb.

Qeyd edək ki, şənbə günü səhərindən etibarən 73 ölkədə 156 seçki məntəqəsi açılıb. Respublikadan kənarda 3400-dən çox seçki qutusu quraşdırılıb. Seçkilərdə 3,6 milyon vətəndaş iştirak edə biləcək. Xaricdə səsvermə prosesi mayın 24-dək davam edəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Öncəki yazı
Mal-qara üçün kəsim haqqı artıb