Another advertisement
Kremlin sözçüsü Dimitri Peskov bildirib ki, Vladimir Putin və Donald Tramp arasında danışıqlar fevralın sonuna qədər baş tuta bilər.
“Görüşün fevralın sonunda baş tutma ehtimalı var”, – Dimitri Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ və Rusiya Ukraynada seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edə bilməz.
“Təbii ki, Moskva və Vaşinqtonda bu məsələ ilə bağlı qərarlar qəbul edilə bilməz. Bu məsələ ilə bağlı müəyyən fikir mübadiləsi aparılıb, lakin bundan uzağa getmək mümkün deyil”, – Peskov qeyd edib.