• 23 Fevral 2025 19:56

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Dövlət Departamenti: ABŞ və Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün qruplar yaradacaqlar

ByTürkan Şahverdova

Fev 18, 2025
Another advertisement

ABŞ və Rusiya nümayəndə heyətləri Səudiyyə Ərəbistanında baş tutan görüşdən sonra Ukraynadakı münaqişəyə son qoymaq üçün xüsusi qruplar yaratmaq barədə razılığa gəliblər.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.

“Biz Ukraynadakı münaqişənin möhkəm, davamlı və bütün tərəflər üçün məqbul olan surətdə sürətlə sona çatması üzərində işləməyə başlamaq üçün yüksək rütbəli məmurlardan ibarət müvafiq qruplar yaratmağa razılaşdıq”, – bəyanatda deyilir.

Dövlət Departamentinin qeyd etdiyi kimi, davamlı sülhün bərqərar olması üçün bir telefon zəngi və bir görüş kifayət deyil.

“Biz hərəkətə keçməliyik və bu gün biz bu istiqamətdə mühüm addım atmışıq”, – Dövlət Departamenti əlavə edib.

Məlumat üçün bildirək ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Danışıqlarda Rusiya tərəfdən Uşakovdan başqa xarici işlər naziri Serqey Lavrov da iştirak edib. Danışıqlarda ABŞ nümayəndə heyətini dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edib.