• 23 Fevral 2025 06:28

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Böyük Britaniya Gürcüstanın Abxaziya bölgəsində keçirilən qondarma seçkiləri tanımır

ByTürkan Şahverdova

Fev 17, 2025
Another advertisement

Böyük Britaniyanın Gürcüstandakı səfirliyi bəyanat yayaraq, prezident seçkilərinin legitimliyini tanımadığını bildirir. Bəyanatda qeyd edildiyi kimi, Böyük Britaniya Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyini bir daha təsdiqləyir.

“Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə tam dəstəyimizi bir daha təsdiqləyirik”, – bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, işğal olunmuş Abxaziya adlanan yerdə Fevralın 15-də prezident seçkiləri keçirilib. “Prezidentliyə” beş “namizəd” mübarizə aparırdı: Badra Qunba, Adqur Ardzinba, Oleq Bartsits, Robert Arşba və Adqur Xurxumali. İşğal olunmuş Abxaziyada qondarma növbədənkənar prezident seçkilərinin ikinci turu da keçiriləcək və bu turda Badra Qunba və Adqur Ardzinba üz-üzə gələcək.