Another advertisement
Türkiyə Dəməşq hava limanını bərpa edir.
QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
O bildirib ki, bunun üçün Suriyaya gedən 25 nəfərlik komanda artıq işlərə başlayıb. Nazirin sözlərinə görə, Türkiyədən Suriyaya müxtəlif texnoloji vasitələr, o cümlədən 10 X-ray cihazı, səkkiz əl detektoru da aparılıb. Bu, aeroportun təhlükəsizliyinin daha güclü təmin olunması üçündür. A.Uraloğlu qeyd edib ki, Türkiyə Suriyanın hava nəqliyyatını gücləndirmək üçün işləri davam etdirəcək.