• 22 Fevral 2025 07:40

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

SDU – Rusiya işğalçı qüvvələrinin nümayəndələri 2 Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

ByTürkan Şahverdova

Fev 16, 2025
Another advertisement

Rusiya işğalçı qüvvələrinin nümayəndələri iki Gürcüstan vətəndaşını Kareli bələdiyyəsinin Dirbi kəndi yaxınlığında işğal olunmuş ərazilərdə qanunsuz olaraq saxlayıblar.

QafqazTürk Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

SDU-dan verilən məlumata görə, daha bir qanunsuz saxlanılma barədə məlumat daxil olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i aktivləşdirib.

“Məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri və beynəlxalq tərəfdaşlarla paylaşılıb. Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşının tez bir zamanda azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törətdiyi bütün dağıdıcı hərəkətlərə görə işğalçı dövlət məsuliyyət daşıyır”, – məlumatda deyilir.