• 23 Fevral 2025 15:05

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Baş nazir İrakli Kobaxidze Batumidə baş vermiş faciədə dünyasını dəyişən azyaşlı uşaqların ailələrinə başsağlığı verib

ByTürkan Şahverdova

Fev 16, 2025
Another advertisement

“Batumidə baş vermiş və iki uşağın həyatına son qoyan faciə ilə bağlı dərin kədərimi bildirirəm – qəza nəticəsində azyaşlı uşaqlarını itirmiş ailələrə təsəlli tapmaq çətindir”, – Gürcüstanın baş naziri İrakli Kobaxidze ölən uşaqların ailələrinə başsağlığı verir.

“Gürcüstan hökuməti və şəxsən öz adımdan ölən uşaqların ailələrinə, onların yaxınlarına və bu böyük ağrını yaşayan hər kəsə səmimi qəlbdən başsağlığı verirəm”, – baş nazir qeyd edib.

Məlumat üçün bildirək ki, Batumidə 3 və 6 yaşlı uşaqlar bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Mövcud məlumata görə, uşaqlar vətəndaşlardan birinin düzəltdiyi kanalizasiya arxına düşüb və içərisi su ilə dolu olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi olan 116-cı maddəsi ilə araşdırmalara başlayıb.