Another advertisement
İsveç Xarici İşlər Nazirliyi Abxaziyadakı prezident seçkilərinin legitimliyi ilə bağlı bəyanat yayıb.
“İsveç Gürcüstanın Abxaziya bölgəsindəki qondarma prezident seçkilərini tanımır. Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə tam dəstəyimizi bir daha təsdiqləyirik. Biz Rusiyanı 2008-ci il atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – bəyanatda deyilir.