Another advertisement
Ermənistanda bir neçə min insan Azərbaycanla sərhəddə etiraz aksiyası keçirdi.
QafqazTürk xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayır.
Laçın dəhlizi yaxınlığında yerləşən Kornidzorda keçirilən aksiyada, nümayişçilər Ermənistanla Dağlıq Qarabağı birləşdirən əsas yolun, Laçın dəhlizinin açılmasını tələb ediblər.
Qeyd edək ki, Laçın dəhlizi Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yoldur və Azərbaycan ötən ay Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsini yaratdı.
Azərbaycan hakimiyyəti bildirir ki, nəzarət-buraxılış məntəqəsinin yaradılmasının əsas səbəbi Ermənistan tərəfinin dəhlizdən silah daşımaq üçün istifadə etməsi olub.