Polis Kaspi Bələdiyyəsində 85 yaşlı qadının qətli ilə bağlı bir nəfəri həbs edib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində DİN-in Şida Kartli Polis İdarəsinin əməkdaşları tərəfindən qəsdən adam öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü şəxs həbs edilib.
Cinayət 10 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Kaspi bələdiyyəsinin kəndlərindən birində 1940-cı il təvəllüdlü qadının başına küt alətlə xəsarət yetirərək, hadisə yerindən qaçıb.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır”, – məlumatda deyilir.