Another advertisement
Türk Hava Yollarına məxsus “Pegasus” təyyarəsi göyərtəsindəki dava səbəbindən Ərzurum hava limanına məcburi eniş edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Təyyarə Antalyadan Astanaya uçarkən ukraynalı cütlüklə iki qazax qadın arasında mübahisə davaya çevrilib.
Mətbuatın yazdığına görə, stüardessalar mübahisə edən sərnişinləri ayıra bilməyiblər, bundan sonra təyyarənin kapitanı Ərzurum hava limanında təcili eniş etmək qərarına gəlib.
Hava limanında davada iştirak edən sərnişinlər dindirilmək üçün polis bölməsinə aparılıb. Mətbuatda yayılan məlumata görə, onlar bir-birindən şikayət ediblər.