61-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Tədbiri konfransın sədri Kristof Heusqen açıb.
Fevralın 14-16-da keçiriləcək təhlükəsizlik konfransında müxtəlif ölkələrdən 60-a yaxın lider və yüzlərlə digər nümayəndə iştirak edəcək.
Üç gün davam edəcək konfransda xarici və təhlükəsizlik siyasətində əsas problemlərə dair yüksək səviyyəli debatlar keçiriləcək.
Bu gün əsas konfrans proqramı qlobal idarəetmə, demokratik davamlılıq, iqlim təhlükəsizliyi və bir çox başqa mövzular da daxil olmaqla, qlobal təhlükəsizlik çağırışlarına diqqət yetirməklə başlayacaq.
Sabah beynəlxalq asayişin vəziyyəti, eləcə də regional münaqişələr və böhranlarla bağlı debatlar keçiriləcək. Transatlantik tərəfdaşlığın gələcəyinə də diqqət yetiriləcək. Bazar günü konfrans Avropanın dünyada roluna dair müzakirələrlə yekunlaşacaq.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili və “Gürcüstan naminə Qaxariya” partiyasının lideri Qorqi Qaxariya Münhen Təhlükəsizlik Konfransında iştirak edirlər.