Düzgün yemək zehnimiz və bədənimiz üçün vacibdir. Bəs hansı qidalar beynimizin ehtiyac duyduğu qida maddəsini ehtiva edir? Sizi bu məhsulların siyahısı ilə tanış edəcəyik.
1. Avokado
Avokado böyük miqdarda antioksidant və E vitamini ehtiva edir. Avokadonun kifayət qədər yüksək kalorili meyvə olmasına baxmayaraq, sağlam və faydalı məhsul hesab olunur.
2. Lobya
Lobya beyin funksiyası ilə birbaşa əlaqəli olan qan şəkəri və qlükoza səviyyəsini tənzimləyir.
3. Brokoli
Brokolinin tərkibində beyin gücünü və idrak funksiyasını yaxşılaşdıran K vitamini var.
4. Qaragilə
Tədqiqatlar təsdiqləyib ki, qaragilə qocalma prosesini ləngidir və Alzheimer xəstəliyi riskini azaldır. Beyinə oksidləşdirici stressin qarşısını almağa kömək edir.
5. Tünd şokolad
Tünd şokolad diqqəti cəmləməyə kömək edə biləcək əhəmiyyətli miqdarda antioksidant və stimullaşdırıcı ehtiva edir.
6. Fındıq
Fındıq E vitamini ehtiva edir. Bu, bilişsel funksiyaları tənzimləməyə kömək edir.
7. Balıq yağı
Ən təsirli omeqa-3 yağları bədənimiz üçün vacibdir, zehnin düzgün işləməsi üçün mütləqdir.
8. Balqabaq toxumu
Gündə 1 ovuc balqabaq tumunu istehlak etməklə, düşüncə və yaddaş bacarıqları üçün çox vacib olan bədəninizin gündəlik sink ehtiyacını təmin etmiş olacaqsınız.
9. Pomidor
Beyin hüceyrələrini zədələnmədən qoruyan güclü antioksidantdır.
10. Dənli bitkilər
Qəhvəyi düyü, yulaf və arpa ürək xəstəliyi riskini azaltmağa kömək edə bilər.
Sadalanan məhsulları əldə edin və öz sağlamlığınızı qoruyun!