• 26 Fevral 2025 13:48

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığı BMT tərəfindən müsbət qiymətləndirilib

ByTürkan Şahverdova

Fev 13, 2025
Another advertisement

BMT ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirib.

BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bu danışığın Rusiya – Ukrayna münaqişəsinin həlli yolunda atılmış müsbət addım olduğunu deyib.

“Birləşmiş Ştatlar və Rusiya Federasiyasının qlobal önəmini nəzərə alaraq, BMT problemlərin həlli istiqamətində müntəzəm təmasları və bu cür diplomatik səyləri alqışlayır. Təbii ki, bu, müsbət bir haldır”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov tərəflər arasında telefon danışığının baş tutduğunu açıqlamışdı.