• 25 Fevral 2025 17:40

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Gürcüstanın müdafiə naziri İrakli Çikovani NATO-nun mənzil-qərargahında keçirilən “Rammstein Group Format”ın 26-cı iclasında iştirak edib

ByTürkan Şahverdova

Fev 13, 2025
Another advertisement

Gürcüstanın müdafiə naziri Brüsseldə Belçika Krallığında səfərdədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, İrakli Çikovani NATO-nun mənzil-qərargahında keçirilən “Rammstein Group Format”ın 26-cı iclasında iştirak edib.

“Görüşdə Alyansa üzv və tərəfdaş ölkələrin müdafiə nazirliklərinin rəhbərləri və yüksək rütbəli rəsmiləri iştirak ediblər”.

İclası Böyük Britaniyanın Müdafiə üzrə Dövlət Katibi Con Hili açıb. ABŞ-ın yeni müdafiə naziri Pit Heqset yüksək rütbəli rəsmilərə müraciət edib. Konfrans iştirakçıları Ukraynada davam edən müharibəni və Ukraynaya yardım ehtiyaclarını müzakirə ediblər.

Bu formatda görüşlər ABŞ-ın təşəbbüsü ilə 2022-ci ilin aprelində təsis edilib. Ukrayna Müdafiə Əlaqə Qrupunun 26-cı iclası Böyük Britaniyanın sədrliyi ilə keçirilir”, – nazirliyin məlumatında deyilir.