• 25 Fevral 2025 11:08

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Levan Mqaloblişvili – Gürcüstanın Avropa İttifaqına gedən yolu Abxaziyadan keçir

ByTürkan Şahverdova

Fev 13, 2025
Another advertisement

“Gürcüstanın Avropa İttifaqına gedən yolu Abxaziyadan keçir”.

QafqazTürk Media xəbər verir ki, bunu Abxaziya Muxtar Respublikası hökumətinin sədri Levan Mqaloblişvili Macarıstanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Anna Mariya Şiko ilə tanışlıq görüşündə deyib.

Abxaziya Muxtar Respublikası hökumətindən verilən məlumata görə, görüşdə tərəflər müxtəlif sahələrdə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Levan Mqaloblişvili səfirə Abxaziya hökumətinin fəaliyyəti barədə danışıb və ölkənin sülhməramlı siyasi kursunun və Abxaziya məsələsinin prosesə daxil edilməsinin vacibliyini vurğulayıb.

“Strateji tərəfdaş ölkəmiz Macarıstanın fövqəladə və səlahiyyətli səfiri ilə tanışlıq görüşü keçirdim”. Görüş zamanı qeyd etdim ki, bizim əsas vəzifəmiz abxaz bacı və qardaşlarımızla birlikdə ləyaqətimiz, adət və ənənələrimizlə Avropa İttifaqına daxil olmaqdır və Gürcüstanın Avropa İttifaqına gedən yolu Abxaziyadan keçir”, – Levan Mqaloblişvili bildirib.

Nazirlikdən verilən məlumata görə, səfir Macarıstan hökumətinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyü siyasətinə güclü dəstəyini, həmçinin ölkəmizin Avropa gələcəyinə apardığı yolu dəstəklədiyini bir daha təsdiqləyib.

Levan Mqaloblişvili Anna Maria Şikoya Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə və Macarıstanın Gürcüstana göstərdiyi əməkdaşlığa görə təşəkkür edib.