• 25 Fevral 2025 01:18

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Stomatoloji klinikaya gələn qadın qəfil dünyasını dəyişib

ByTürkan Şahverdova

Fev 12, 2025
Another advertisement

Bu gün, fevralın 12-də Axalçixenin Tamaraşvili küçəsində yerləşən stomatoloji klinikada 65 yaşlarında olan qadın dünyasını dəyişib.

QafqazTürk Media xəbər verir ki, bu barədə “South Gateway” məlumat yayıb.

Mövcud məlumata görə, qadın klinikaya gəldikdən bir neçə dəqiqə sonra, stomatoloji xidmətlər almadan özünü pis hiss edib. Təcili tibbi yardım qrupu xəstənin artıq öldüyünü aşkar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (116-cı) maddəsi ilə istintaq başlanılıb. Göstərilən əməllər altı aydan iki ilədək müddətə ev dustaqlığı və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mərhum meyitxanaya yerləşdirilib.