Another advertisement
Ermənistan parlamenti Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onların məlumatına görə, qanun layihəsini 63 deputat dəstəkləyib, 7 nəfər isə əleyhinə çıxıb.
Bu məsələnin təşəbbüskarı 2 ayda 60 min imza toplamağa nail olan “Demokratik Qüvvələrin Platforması”dır. Qanun layihəsinə baxılması üçün bu imzalar zəruri idi.
Qanun layihəsi 2024-cü il yanvarın 9-da Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilib.