Another advertisement
ABŞ-ın Arizona ştatındakı Skottsdeyl hava limanında şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq park edilmiş təyyarəyə çırpılıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı DailyMail yayıb.
Təyyarə qəzasında pilot dünyasını dəyişib, bir neçə nəfər isə yaralanaraq xəstəxanaya çatdırılıb.
Məlum olduğu kimi, təyyarə Motley Crue-un solisti Vince Neil-ə məxsusdur.
KİV-in məlumatına görə, təyyarə qəzası zamanı solistin rəfiqəsi və dostu təyyarədə olub. Onlar sağ qalıb, lakin xəstəxanaya aparılıblar. Müğənninin sevgilisinin 5 qabırğası sınıb.