Aİ 11-ci anti-Rusiya sanksiyalar paketinə 90-dan çox şirkəti daxil edəcək.
Qafqaztürk xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
“Biz Rusiyanın sanksiyalardan yayınmağına son qoymağa ciddi yanaşırıq. Ona görə də biz 90-dan çox şirkəti 11-ci sanksiya paketinə daxil edəcəyik, bununla bağlı əlimizdə aydın sübutlar var. 3-cü ölkələri yan keçərək, Aİ-dən Rusiyaya ixracı qadağan olunan mallar tədarük edirlər”, – deyə o bildirib.
“Financial Times” mənbələrə istinadən yazıb ki, yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində Brüssel ilk dəfə olaraq Rusiyaya silahlanmada istifadə oluna bilən malların satışı ilə bağlı yeddi Çin şirkətinə qarşı sanksiyalar təklif edib.
Qəzetin yazdığına görə, sanksiya siyahısına Çin şirkətləri ilə yanaşı, eyni əsaslarla İran, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri və Suriya şirkətləri də daxildir.