Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ildə Gürcüstanda pensiya alanların sayı 864,3 min nəfər təşkil edib ki, onların da 70,8 faizini qadınlar, 29,2 faizini isə kişilər təşkil edib.
Geostat-ın açıqladığı məlumata görə, pensiya alanların 30,5 faizi Tbilisidə, 15,6 faizi İmeretidə, 10,3 faizi Sameqrelo-Zemo Svanetidə, 10,2 faizi Kvemo Kartlidə, 8,6 faizi Kaxetidə, ümumilikdə isə 24,8 faizi qalan regionlardadır.
“Sosial paket alanların sayı 185,4 min nəfər olub, onlardan 32,7 faizini qadınlar, 67,3 faizini isə kişilər təşkil edib. Sosial paket alanların 71,1 faizini əlillər, 13,1 faizini müharibə veteranları, 11,3 faizini vəfat etmişin ailə üzvləri, 4,4 faizini dövlət müavinəti, 0,1 faizini isə digər növ sosial paketlər alanlar təşkil edir. Sosial paket alanların 27,5 faizi Tbilisidə, 15,9 faizi İmeretidə, 12,1 faizi Acara Muxtar Respublikasında, 9,4 faizi Sameqrelo-Zemo Svanetidə, ümumilikdə isə 35,1 faizi qalan regionlardadır.
2024-cü ildə Ünvanlı Sosial Yardım Proqramı məlumat bazasında qeydiyyatda olan ailələrin sayı 390,8 min nəfər, yaşayış müavinəti alan ailələrin sayı isə 128,6 min nəfər təşkil edib. Regionlar üzrə ən çox qeydiyyatda olan ailələr Tbilisidədir – 77,1 min, onlardan 33,2 mini yardım alanlardır”, – məlumatda deyilir.