• 25 Fevral 2025 02:13

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

11-13 fevral tarixlərinin hava şəraiti açıqlanıb

ByNiyazi Yusubov

Fev 10, 2025
Another advertisement

Milli Ekologiya Agentliyinin məlumatına görə. fevralın 11-13-də Gürcüstanda nisbətən soyuq və quraq hava şəraiti davam edəcək.

Agentliyin açıqlamasına görə, gecə saatlarında havanın temperaturu aşağı düşəcək.

Fevralın 13-də gündüz saatlarından bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Tbilisidə açıq hava şəraiti gözlənilir. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Fevralın 11-12-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 13-də günün ikinci yarısından başlayaraq yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə -2 dərəcə şaxta, gündüz +13+15 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) fevralın 11-12-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 13-də günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə  -2 dərəcə şaxta, gündüz +14 +16 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): Fevralın 11-12-də hava şəraitinin yağmursuz keçəcəyi, fevralın 13-də günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə -6 -8 dərəcə şaxta, gündüz +10+12 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Fevralın 11-12-də hava şəraitinin yağmursuz olacağı, fevralın 13-də gündüz bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə -12 -14 dərəcə şaxta, gündüz +5+ 7 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Fevralın 11-12-də hava şəraitinin yağmursuz olacağı, fevralın 13-də günün ikinci yarısından bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə -6 -8 dərəcə şaxta, gündüz +5+7 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gecə -4 -6 dərəcə şaxta, gündüz +6+8 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Fevralın 11-12-də hava şəraitinin yağmursuz olacağı, fevralın 13-də gündüz bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə +10+12° isti, gündüz 5-7° isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Fevralın 11-12-də hava şəraitinin yağmursuz olacağı, fevralın 13-də gündüz bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə -15-17 dərəcə şaxta, gündüz +2 dərəcə şaxtadan +4 dərəcəyədək isti təşkil edəcək”, – məlumatda deyilir.