Another advertisement
Moldova prezidenti Maya Sandunun sözlərinə görə, Moldova Rusiyanı strateji tərəfdaş hesab etmir.
“Əgər sizə hörmət etmirlərsə, deməli, bu əslində strateji tərəfdaşlıq deyil. Rusiyanın bizim ərazimizdə 30 ildir ki, millətimizin iradəsinə zidd olan qoşunları olanda, bu strateji tərəfdaşlıq deyil.
İxracımıza yenidən hər cür blokadalar olduqda, qaza çox yüksək qiymət ödəyəndə və onlar hələ də heç bir səbəb olmadan qaz tədarükünü 60% kəsəndə – bu necə strateji tərəfdaşlıqdır?”, – deyə Sandu bildirib.
Bundan əlavə, Sandu Moldovanın və moldovan xalqının suverenliyinə hörmət edən ölkələrlə əməkdaşlığa hazır olduğunu və bu əməkdaşlığın qarşılıqlı xarakter daşımalı olduğunu vurğulayıb.