• 23 Fevral 2025 17:23

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Zaxarova “erməni soyqırımı” ilə bağlı: “Heç vaxt düşünməzdim ki…”

ByTürkan Şahverdova

Fev 7, 2025
Another advertisement

Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı açıqlamalarına münasibət bildirib.

QafqazTürk Media xəbər verir ki, Rusiya XİN rəsmisi brifinq zamanı bu mövzuda ona ünvanlanan sualı cavablandırıb.

“Gözləmirdim ki, bu məsələyə həm Ermənistan dövlətinin, həm Ermənistan xalqının, həm də bir etnik qrup kimi ermənilərin tarixən formalaşan konsensus mövqeyindən fərqli yanaşılacaq.

Düşünməzdim ki, illər ərzində formalaşan bu möhkəm mövqe erməni cəmiyyətinin öz daxilində hansısa dəyişikliyə məruz qalacaq. Misal üçün, elə son fikirlər. Davosdakı bəyanatlardan danışıram. Amma yenə deyirəm, bu sual bizə ünvanlanmamalıdır. Bizim mövqeyimiz Dövlət Dumasının müvafiq bəyanatında öz əksini tapıb. Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib”, – deyə Zaxarova qeyd edib.