Another advertisement
Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey D.Vens ilə görüşüb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onların sözlərinə görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətləri və regional gündəliyə aid məsələlər müzakirə olunub.
Nikol Paşinyan da sosial şəbəkədə görüşlə bağlı yazıb və J.D.Venslə “yaxşı söhbət” etdiyini bildirib.
“Mən Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə tanışlıq görüşü keçirdim. Yaxşı söhbətimiz oldu”, – Paşinyan yazıb.