Moskvadan sınaq reysi işğal altındakı Suxumi hava limanına enib, içərisində 21 sərnişin, o cümlədən işğal olunmuş Abxaziyanın pezidentliyə namizədi Badra Qunba olub.
Rusiya mətbuatının məlumatına görə, Rusiyanın nəqliyyat naziri Roman Starovoit daha əvvəl Suxumiyə uçuşların YUVT Aero aviaşirkəti tərəfindən həyata keçiriləcəyini açıqlamışdı.
“Həqiqətən də bu gün çox mühüm hadisə baş verdi. 30 ildən artıq müddətdən sonra Suxumi Hava Limanı çoxdan gözlədiyimiz təyyarəni qəbul etdi. Əminəm ki, Rusiyaya uçuşların coğrafiyası genişlənəcək. Əminik ki, belə bir layihə ölkəmizin iqtisadi vəziyyətini və cəlbediciliyini yaxşılaşdıracaq. Əlbəttə ki, bu, inkişaf etdirməyə davam edəcəyimiz ən mühüm istiqamətlərdən biridir”, – deyə Badra Qunba bildirib.