• 14 Mart 2025 09:12

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Reuters – Donald Tramp administrasiyası rus oliqarxlarını hədəf alan işçi qrupunu ləğv edib

ByTürkan Şahverdova

Fev 7, 2025
Another advertisement

ABŞ Ədliyyə Departamenti Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra yaradılmış və Moskvaya qarşı sanksiyaların tətbiqi və Kremlə yaxın oliqarxların aktivlərinin ələ keçirilməsi ilə məşğul olan işçi qrupunu ləğv edir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-ın baş prokuroru Pam Bondun memorandumunda deyilir ki, KleptoCapture Task Force, narkotik kartelləri və beynəlxalq bandalarla mübarizə üçün maliyyə vəsaitlərinin yönləndirilməsi planının bir hissəsi kimi bundan sonra fəaliyyət göstərməyəcək.

“Bu siyasət düşüncə və yanaşmada əsaslı dəyişiklik tələb edir”  Bond direktivdə yazıb və əlavə edib ki, indi sanksiyaların tətbiqinə və oliqarxların aktivlərinin ələ keçirilməsinə yönəlmiş resurslar kartellərlə mübarizəyə yönəldiləcək.

Məlumat üçün bildirək ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə həyata keçirilən proqram Rusiya prezidenti Vladimir Putinin varlı tərəfdaşlarına maliyyə təzyiqi göstərmək, sanksiyaların tətbiqinə və ixraca nəzarətin pozulmasına şərait yaradan şəxslərin cəzalandırılmasına yönəlib.