Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

52

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin maliyyəsinin ləğvi ilə bağlı sərəncam imzalayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nəşrin məlumatına görə, icra sərəncamında məhkəmənin ABŞ və onun müttəfiqi İsraili hədəfə alaraq qeyri-qanuni və əsassız hərəkətlər etdiyi bildirilir.

İcra sərəncamında həmçinin deyilir ki, məhkəmənin son hərəkətləri “təhlükəli presedent yaradır” və bu, amerikalıları “təqib, sui-istifadə və mümkün həbs” riski ilə üz-üzə qoyur.

“Bu zərərli davranış, öz növbəsində, Birləşmiş Ştatların suverenliyini təhdid edir və ABŞ hökumətinin və müttəfiqlərimizin, o cümlədən İsrailin milli təhlükəsizliyi və xarici siyasət işlərinə xələl gətirir. Hər iki ölkə [ABŞ və İsrail] inkişaf edən demokratiyadır və müharibə qanunlarına ciddi şəkildə riayət edən silahlı qüvvələrə malikdir”,- sərəncamda deyilir.

Sanksiyalar Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ vətəndaşlarına və ya müttəfiqlərinə qarşı cinayətlər üzrə təhqiqatını dəstəkləyən şəxslərə və onların ailələrinə maliyyə və viza məhdudiyyətlərini əhatə edir.

Donald Tramp bu sərəncamı İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı imzalayıb.

Xatırladaq ki, ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun Qəzzada hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu dörd bürcü tezliklə sevindirici dəyişikliklər gözləyir
Öncəki yazı
Bu ölkə Rusiya vətəndaşlarının ölkədə daşınmaz əmlak almasını məhdudlaşdırmağı planlaşdırır