• 24 Fevral 2025 00:03

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bolnisi sakininin qətli ilə bağlı ilkin təfərrüatlar məlumdur

ByNiyazi Yusubov

Fev 5, 2025
Another advertisement

Xəbər verdiyimiz kimi, Rustavi-Qardabani yolunun Qaçiani kəndi ərazisində 24 yaşlı Bolnisi sakini Vüqar Yaqubov qətlə yetirilib.

Artıq hadisənin ilkin təfərrüatları məlumdur.

Daxili İşlər Nazirliyi Aktual.ge-yə gəncin öldürüldüyünü təsdiqləyib.

Məlumata görə, Qaçianidə dostlar süfrə arxasında olarkən onlardan birinin əlindəki tək lüləli “Vinçester” markalı odlu silah ehtiyatsızlıqdan açılıb və güllə gənc oğlana dəyib.

Yaralı dərhal təcili tibbi yardım briqadası tərəfindən Rustavi klinikasına aparılıb. Lakin o, xəstəxanaya çatdırılmadan, tibbi müəssisənin həyətində təcili yardım maşınında dünyasını dəyişib.

Silahın ehtiyatsızlıqdan açıldığı şəxs isə özünə xəsarət yetirib, lakin onun həyatı üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi – ehtiyatsızlıqdan adam öldürmə (116-cı maddə) və odlu silahın qanunsuz əldə edilməsi, saxlanması, daşınması, hazırlanması, göndərilməsi və ya satılması (236-cı maddə) üzrə istintaq aparılır.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı bir nəfəri saxlayıb.