Onkoloji diaqnozu olan uşaqların xaricdə müalicəsi proqramı genişləndirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, benefisiarlar Türkiyənin daha üç klinikasında- “Medicana International Clinic”, “EMC Hospital” və “Medipol Mega University Hospital”da xidmət ala biləcəklər.
Onkoloji diaqnozu olan uşaqların xaricdə müalicəsi proqramı çərçivəsində xəstələr artıq 8 klinikada – Türkiyə, İspaniya və İsraildə xidmət alacaqlar. Artıq yeni tərəfdaş klinikalarla əməkdaşlıq müqavilələri imzalanıb.
“Onkoloji diaqnozu olan uşaqların xaricdə müalicəsi proqramı 2023-cü ilin avqust ayından qüvvədədir. Müalicə paketinə diaqnostika və standart müalicə kursu olan kimyaterapiya, şüa terapiyası, cərrahiyyə və proton terapiyası daxildir.
Proqram başladıqdan sonra proqramda 157 benefisiar iştirak edib. Artıq 100 xəstənin müalicəsi başa çatıb.
Onkoloji diaqnozu olan uşaqların xaricdə müalicəsi proqramı çərçivəsində xəstələr aşağıdakı tibbi xidmətlərdən istifadə edə bilərlər: İspaniyada “Chiron Salud Proton Terapiya Mərkəzi”ndə;
İsrailin “Tel Aviv Sourasky (İçilov) Tibb Mərkəzi”;
Türkiyədə “Anadolu Medical Center”də; “Acıbadem Xəstəxanası”; “Xəstəxana Memorial”; “Medicana International Clinic”, “MC Hospital” və “Medipol Mega University Hospital”.
“Dövlət bütün benefisiarların Türkiyə, İsrail və İspaniyadakı tərəfdaş klinikalarda müalicəsini tam maliyyələşdirir”, – məlumatda deyilir.