• 14 Mart 2025 09:05

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Türkiyədə yük maşını körpüdən aşıb, ölənlər və yaralananlar var

ByTürkan Şahverdova

Fev 3, 2025
Another advertisement

Türkiyədə Şanlıurfa şəhərinin Birecik rayonunda yük maşınının əyləc sisteminin sıradan çıxması nəticəsində yük maşını və bir neçə digər avtomobil körpüdən aşıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 26 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə-xilasetmə, polis və təcili yardım briqadaları səfərbər edilib.