Etiraz aksiyasının keçirildiyi Tbilisi çıxışı yaxınlığındakı avtomagistralda müxalifətçi siyasətçi Giqi Uqulava və Dəyişiklik Koalisiyasının liderlərindən biri Nika Melia polis tərəfindən saxlanılıb. Dəyişiklik Koalisiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, onların fəalı Dimitri Bidzinaşvili də saxlanılıb.
Aksiya iştirakçıları ilə asayiş keşikçiləri arasında əlbəyaxa dava və sözlü qarşıdurma olub. Daha bir neçə etirazçının həbs olunduğu güman edilir.