• 23 Fevral 2025 01:26

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vladimir Zelenski NATO-ya üzvlüklə bağlı – İnanıram ki, bu, Ukraynanın ala biləcəyi ən ucuz təhlükəsizlik zəmanətidir

ByTürkan Şahverdova

Fev 2, 2025
Another advertisement

Ukrayna prezidenti Vladimir Zelenski Associated Press-ə müsahibəsində deyib ki, Ukraynanın müttəfiqlərinin təhlükəsizlik zəmanəti olmadan Rusiya ilə hər hansı razılaşma yalnız gələcək təcavüzün xəbərçisi olacaq.

O bildirib ki, NATO-ya qoşulmaq Ukraynanın müttəfiqləri üçün “ən ucuz” variantdır və bu, həm də ABŞ prezidenti Donald Trampı geosiyasi baxımdan gücləndirəcək.

“Mən həqiqətən inanıram ki, bunlar Ukraynanın əldə edə biləcəyi ən ucuz təhlükəsizlik zəmanətləridir, hamı üçün ən ucuz yoldur. Bu, bir siqnal olacaq ki, NATO-da kimin olması, kimin olmaması Rusiyadan deyil, ABŞ-dan asılıdır. Düşünürəm ki, bu, Tramp üçün böyük qələbə olacaq”, – Zelenski qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, Ukraynanın 800 minlik ordusu alyans üçün bonus olacaq, xüsusən də Tramp xaricdə yerləşən Amerika qoşunlarını vətənə gətirməyə çalışarsa.

Digər təhlükəsizlik zəmanəti təklifləri ABŞ və Avropanın kifayət qədər silahlanması və Kiyevin dəstəyi ilə dəstəklənməlidir.