• 23 Fevral 2025 00:29

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Suriyanın müvəqqəti prezidenti ilk beynəlxalq səfərini Səudiyyə Ərəbistanına edir

ByTürkan Şahverdova

Fev 2, 2025
Another advertisement

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilk beynəlxalq səfəri üçün Səudiyyə Ərəbistanına gedib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Əhməd əl-Şaraanın ofisi məlumat yayıb.

Nəşrin məlumatına görə, Suriya prezident administrasiyası X sosial platformasında Əhməd əl-Şaraa və onun xarici işlər nazirinin təyyarənin göyərtəsində çəkilmiş şəklini dərc edib: “Prezident əl-Şaraa və Əsəd əl-Şeybani Səudiyyə Ərəbistanına yola düşür. Bu onların ilk rəsmi səfəridir”.

Xatırladaq ki, Əhməd əl-Şaraa bir neçə gün əvvəl Suriyanın yeni prezidenti təyin edilib. Əhməd əl-Şaraa ölkənin “keçid dövrü”ndə prezident postunu tutacaq.