• 22 Fevral 2025 21:35

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Volqoqradda neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib

ByTürkan Şahverdova

Yan 31, 2025
Another advertisement

BBC-nin rus xidməti yerli sakinlərə istinadən xəbər verir ki, Rusiyanın Volqoqrad vilayətində neft emalı zavodu, istilik elektrik stansiyası və neft anbarı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Teleqram kanallarında pilotsuz təyyarələrin və partlayış səslərinin eşidildiyi videolar yayılır. Videoların yerli sakinlər tərəfindən çəkildiyi ehtimal edilir.

Bundan əlavə, Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov neft emalı zavodunun ərazisində dronların dağıntılarının yanğına səbəb olduğunu bildirib.