Baş nazirin müavini, daxili işlər naziri, general-polkovnik Vaxtanq Qomelauri və digər polis rəhbərləri asayişin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif ediliblər.
Onlar baş nazir İrakli Kobaxidze və parlamentin spikeri Şalva Papuaşvilinin birgə təqdimatı əsasında Mixail Kavelaşvili tərəfindən “Şərəf” ordeni ilə təltif ediliblər.
Mükafatlandırma mərasimi Atoneli sarayında keçirilib.
İrakli Kobaxidze polis rəhbərlərini Gürcüstanın Dövlət Mükafatı – “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib, onlara ölkə qarşısında xidmətlərinə görə təşəkkür edib.
Məlumat üçün bildirək ki, İrakli Kobaxidze dekabrın 20-də Daxili İşlər Nazirliyinin 11 yüksək rütbəli əməkdaşının “Şərəf” ordeni ilə təltif edilməsi qərarını elan edib. “Şərəf” ordeni ilə təltif olunacaq şəxslər arasında daxili işlər naziri, baş nazirin müavini Vaxtanq Qomelauri, daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze, daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze, daxili işlər nazirinin müavini Qiorqi Butxuzi daxili işlər nazirinin müavini İoseb Çelidze, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin rəisi, Departamentin direktoru Temur Kupatadze, Daxili İşlər Nazirliyinin Patrul Polisi İdarəsinin direktoru, Vaja Siradze, Tbilisi Polis Departamenti, Xüsusi Tapşırıqlar Departamentinin direktoru Sulxan Tamazaşvili, həmin idarənin müavinləri Zviad Xarazişvili, Milleri Laqazauri və Mirzə Kerzevadze var.