Another advertisement
Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın təhsil naziri arasında görüş baş tutub.
QafqazTürk Media xəbər verir ki, görüş zamanı iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri və gələcək planlar müzakirə edilib.
Aleksandre Tsuladze Azərbaycan tərəfi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə diqqət yetirərək, Faiq Quliyevi Gürcüstanda təhsilin bütün pillələrində aparılan və planlaşdırılan islahatlarla tanış edib.