This is a specific ad

“Paşinyan “Pandoranın qutusu”nu açıb” – Marukyan

40

Another advertisement

Mən Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı bəyanatına reaksiyanı diqqətlə izləyirəm. Ağrı ilə qeyd etməliyəm ki, Paşinyan “Pandoranın qutusu”nu açıb”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistan Respublikasının keçmiş xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan yazıb.

“Ən son nümunələrdən biri ola bilsin ki, “Vestnik Kavkaza” yutub kanalında yayımlanan proqram çərçivəsində azərbaycanlı jurnalist Elmar Hüseynovla Azərbaycan povestinin lobbiçisi Maksim Şevçenkonun müzakirəsi olub.

Verilişin elə ilk dəqiqələrində “qondarma erməni soyqırımı” ifadəsi eşidilir və çıxış edənlər Ermənistan liderinin bəyanatındakı suallara istinad edərək bu barədə danışırlar. Onlar “soyqırım”ın erməni xalqının uydurduğu mif olduğunu ifadə ediblər.

“Erməni soyqırımı” mövzusu heç vaxt erməni cəmiyyətində müzakirə mövzusu olmayıb, amma belə çıxır ki, Ermənistan Respublikasının hakimiyyət orqanları təbii vəziyyəti dəyişməyə çalışırlar” – deyə Marukyan qeyd edib.

Edmon Marukyan Qərb dairələrində liberal kimi görünməyə çalışsa da, qatı millətçi və revanşist mövqeyi ilə seçilən siyasətçilərdən sayılır.

 

Kateqoriya: Dünya, Region, Siyasət
Sonrakı yazı
Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın təhsil naziri arasında görüş baş tutub
Öncəki yazı
Xalq Müdafiəçisi bəyanat yayıb