Another advertisement
Suriyanın faktiki lideri Rusiyadan Bəşər Əsədi təhvil verməsini tələb edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Reuters-in məlumatına görə, Suriyanın faktiki lideri Əhməd əl-Şaraa Suriyaya səfər edən Rusiya nümayəndələrindən keçmiş prezident Bəşər Əsədi təhvil vermələrini tələb edib.
Əl-Şaraa həmçinin bildirib ki, Rusiya “kompensasiya və yenidənqurma da daxil olmaqla, konkret tədbirlərlə” Suriyada etimadı bərpa etməlidir.
Xatırladaq ki, Əhməd əl-Şaraa başçılıq etdiyi suriyalı üsyançılar dekabrın 8-də Dəməşqi ələ keçirib. Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rusiyaya qaçıb.